Onlayn ictimai-siyasi qəzet
Şair Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.
Onun sözlərinə görə, həkimlər növbəti əməliyyatı riskli bildiklərindən kimya-terapiya müalicəsini yazıblar: "Şişi götürmək riskdir. Ona görə də ondan nümunə götürülüb. Beş-altı günə nəticəsi bilinəcək. Ona uyğun addım atılacaq".
Hazırda evdə müalicə alan Salam Sarvan özünü nisbətən yaxşı hiss etdiyini əlavə edib.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ