İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirvanda oğul 74 yaşlı atasını niyə qətlə yetirib? – VİDEO

Şirvanda 74 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bizim.Media-ya Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 8-də saat 10:30 radələrində Şirvan şəhəri ərazisində 1950-ci il təvəllüdlü Allahverdi Şərifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Seymur Şərifovun Şirvan şəhəri 28 May küçəsində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı atası Allahverdi Şərifova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR