İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət işçilərinə lotereya bileti payladı, cek-potu udandan pulu geri istədi - SKANDAL

Çində bir şirkət korporativ tədbir zamanı 500 lotereya bileti alaraq işçilərinə paylayıb. Lakin gözlənilməz hadisə baş verib: biletlərdən biri 820 min dollar məbləğində cekpot qazanıb. Bu zaman şirkət rəhbərliyi qalibdən mükafatı digər işçilərlə bölüşməyi tələb edib.

Musavat.com bildirir ki, "South China Morning Post"-un məlumatına görə, qalib işçi bu tələbi rədd etdikdə, münaqişə kəskinləşib və məsələ yerli polis bölməsinə qədər gedib. Hüquq-mühafizə orqanları bu hadisəni “vətəndaş mübahisəsi” kimi dəyərləndirərək tərəflərə problemi hüquqi yollarla həll etməyi tövsiyə edib.

Məlum olub ki, şirkət biletləri tiraj artıq keçirildikdən sonra paylayıb. Rəhbərlik maliyyə şöbəsinə tapşırıb ki, paylanılacaq biletləri tək - tək yoxlasınlar, uduşlu olan varsa, onları işçilərə verməsinlər. Görünür, diqqətsizlik səbəbindən qalib bilet maliyyə şöbəsinin nəzarətindən yayınıb və paylanıb.

Mükafatın taleyi və qalib işçinin bileti qaytarıb-qaytarmadığı barədə məlumat verilməyib. Hadisə Çində geniş müzakirələrə səbəb olub və şirkətin davranışı ciddi tənqid edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR