İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinqapurda Türkiyə vətəndaşının 92 milyon dolları müsadirə olundu

Sinqapur polisi “Credit Suisse Singapore” və “Julius Baer” İsveçrə bank hesablarından 125 milyon SGD (92 milyon dollar) müsadirə edib.

Musavat.com-un “Bloomberg”ə istinadən məlumatına görə, pullar çirkli pulların yuyulmasında şübhəli bilinən şəxsin hesablarından müsadirə edilib.

Agentliyin məlumatına görə, səlahiyyətlilər “Credit Suisse” Sinqapurda Türkiyə vətəndaşı Vanq Şuiminqə məxsus 92 milyon Sinqapur dollarını (68 milyon dollar) müsadirə ediblər. Onun “Julius Baer”dəki hesabından daha 33 milyon SGD (24 milyon dollar) müsadirə edilib.

Agentlik bildirib ki, şübhəli şəxs saxta sənədlər hazırlamaqda və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında ittiham olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR