Onlayn ictimai-siyasi qəzet
Türkiyədə prezidentliyə keçmiş namizəd, əslən azərbaycanlı Sinan Oğanın seçkidən sonra sərvətini artırdığı iddiaları uzun müddətdir gündəmdədir.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, S.Oğan seçkidən sonra Ankaranın Gölbaşı rayonunda 30 milyon lirə ödəyərək 7 sot torpaq sahəsi və 800 m2 malikanə alıb.
Belə ki, məşhur siyasətçi lüks villasının qapılarını azərbaycanlı aparıcıya açıb.
"Bu villanın dəyəri 1 milyon dollardan çoxdur. Futbol və voleybol meydançası, açıq havada kinoteatrı var",-deyə Sinan Oğan müsahibə zamanı bildirib.
Sinan Oğanın dəbdəbəli malikanəsində verdiyi müsahibə və dediyi sözlər qısa zamanda gündəm olub.
Həmin görüntüləri təqdim edirik:
Sinan Oğan kimdir?
1966-cı ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. Keçmiş MHP üzvü olan siyasətçi 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində "ATA İttifaqı"nın vahid namizədi olub və 5,17% səs yığıb.
S.Oğan 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.
O, 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasının İğdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olub və Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.
İqbal,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ