İnsanlara hürriyət, millətlərə istiqlal!

Simpsonlar bunu da proqnozlaşdırıbmış: dünyanı şoka salan hadisə - VİDEO

İddialara görə, məşhur "The Simpsons" cizgi serialı dünyanı heyrətləndirən proqnozlarına yenisini əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatı 15 avqust 2024-cü il tarixli bəyanatında meymunçiçəyi ilə bağlı qlobal fövqəladə vəziyyət elan edib.

Bu vəziyyət sosial mediada Simpsonların meymunçiçəyi ilə bağlı epizodlar yayımladığı və epidemiyadan əvvəlcədən xəbərdar olduğu iddialarını gündəmə gətirib.

Lakin meymunçiçəyi virusundan xəbəri olduğu güman edilən bölümlərin bu virusla heç bir əlaqəsi olmadığı ortaya çıxıb. Homer Simpson personajının meymunla içki içdiyi və sonra xəstələndiyi iddia edilən görüntülərdən birincisi 9-cu sezonun “Girly Edition” adlı 21-ci bölümündəndir.

Homer Simpson kömək etmək üçün Heyvanlara Yardım Mərkəzindən Mojo adlı bir meymunu övladlığa götürür. Ancaq epizod boyunca iddia edildiyi kimi, Homer meymundan heç bir xəstəliyə tutulmur. Homerin bədənində səpgilərlə gördüyümüz ekran görüntüsü serialın 17-ci sezonunun 3-cü bölümündən götürülüb. Bu epizodda Simpson ailəsinin ən gənc üzvü Meqqi suçiçəyi xəstəliyinə tutulur. Homer Simpson da suçiçəyinə yoluxur.

Qeyd edək ki, ÜST-nin meymun çiçəyi virusu haqqında qlobal fövqəladə vəziyyət elan etməsi ilk deyil. Daha əvəl bu virus 2022-ci ildə müxtəlif ölkələrə yayıldıqdan sonra da fövqəladə vəziyyət elan edilib. Lakin 10 ay sonra yoluxmaların sayının azalması səbəbindən fövqəladə vəziyyət ləğv edilib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR