İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan əsassız iddia: Azərbaycan sazişin bağlanmasını çətinləşdirir

Azərbaycan sülh müqaviləsinin bağlanmasını süni surətdə çətinləşdirə biləcək bəzi məsələləri gündəliyə salmağa çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 7-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan saziş mətninə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların geri qayıtmasını nəzərdə tutan müddəanın salınmasına qarşı çıxıb.

“Mən bunu çox mənfi qiymətləndirirəm. Bizim çatdırdıqlarımız və danışıqlar apardığımız məsələ bizə yaxşı məlumdur və onlar bunu çox gözəl bilirlər. Daim bu haqda danışmaq süni problemlər yaradır. Məsələn, gürcülər Ermənistana yaşamağa gəlsələr, hər hansı bir maneə olacaqmı? Gürcüstanla müqavilədə bu haqda yazmışıq? Əlbəttə, yox”, - deyə erməni spiker bildirib.

Deyəsən, Simonyan unudur ki, gürcülər Ermənistandan deportasiya olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR