İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: Sərhəd məsələsi girov olmamalıdır

Bəli, Türkiyə ilə işləmək lazımdır. Biz Türkiyə ilə işləyirik və işləməyə davam edəcəyik.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Təəssüf edirəm ki, Azərbaycan Ermənistanla Türkiyə arasında münasibətləri, Ermənistan-Türkiyə sərhədi məsələlərini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını girov götürüb və təsir göstərməyə çalışır. Bu çox pisdir. Düşünürəm ki, Türkiyənin müvafiq rəsmiləri də bunu başa düşürlər”, - Simonyan əlavə edib.

Onun sözlərinə görə, Ermənistan öz mövqeyi ilə sülhə hazır olduğunu nümayiş etdirib:

“Ümid edirik ki, bu addımları görən Türkiyə də öz mövqeyini daha aydın ifadə etməyə başlayacaq”.

Alen Simonyanın qeyd etdiyi kimi, indiki mərhələdə heç bir ölkə moderator rolunu oynamır, Ermənistan və Azərbaycan öz məqsədlərinə birbaşa danışıqlar və birbaşa dialoq yolu ilə nail ola bilməzlər. O, Cenevrədə Türkiyə parlamentinin rəhbəri ilə son görüşünü çox müsbət qiymətləndirib./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR