İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan “Rusiyanı məhv etmək lazımdır” deyib?

“Joxovurd” qəzetində dərc olunan və mətbuatda yayılan məlumatlara görə, Ermənistan parlamentinin sədri Alen Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə görüşdə “Rusiyanı məğlub etmək, məhv etmək lazımdır” ifadəsini işlədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia yerli müxalif qəzet “Joxovurd”dan gəlib.

Ermənistan parlamentinin sədrinin mətbuat katibi Movses Arutyunyan isə qəzetin yaydığı məlumatı təkzib edib.

“Yuxarıda qeyd olunan görüşdə və bütün konfransda müzakirələr regionda cari proseslərə və Ermənistanın demokratik inkişafına yönəldilib. Ermənistan parlamentinin sədri heç bir iclasda belə bəyanatlar verməyib, bütün iclasların gündəliyi açıqdır və onlar lentə alınıb. Hazırda biz bu saxtakarlığın hüquqi yollarla təkzib edilməsi imkanını nəzərdən keçiririk”, - deyə Arutyunyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR