İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan KTMT tədbirində iştirak etməyəcəyini bu cümlə ilə ifadə etdi: “Orada neyləyəcəm ki”  

Ermənistan parlamentinin Alen Simonyan KTMT-nin dekabrda keçiriləcək tədbirində iştirak etməyəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə  jurnalistlərlə söhbətində deyib: “Hesab edirəm ki, hazırkı vəziyyətdə mənim iştirakım yersizdir. KTMT faktiki olaraq öz öhdəliklərini yerinə yetirmir. Gedib orda neyləcəm ki,  izah edə bilərsinizmi?", – deyə parlament sədri qeyd edib.

Simonyanın sözlərinə Ermənistanın KTMT-dən çıxmaqla bağlı qərarı yoxdur. “Münasibətlər heç bir halda dondurulmayıb, mən artıq öz qərarım barədə KTMT üzrə tərəfdaşlarımı məlumatlandırmışam”, -deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR