Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə “artsax” desə də, sonra 4 dəfə “Qarabağ” söyləməklə fikirlərinə korrektə edib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Erməni spiker daha sonra əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayıb.
Spiker bir vaxtlar Ağdamda əlində təzə narla necə poza verdiyini və “Akna (Ağdam) mənim vətənimdir” yazdığını xatırladıb.
“Biz hamımız səhv edirik”, - deyə Simonyan mızıldanıb.
Qeyd edək ki, bütün bunlar erməni teleqram kanallarında geniş tirajlanıb.
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ