İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreyada iki gənc belə cəzalandırıldı - ŞOK SƏBƏB

Şimali Koreyada iki gənc Cənubi Koreya serialına baxdıqları üçün stadionda ictimaiyyət qarşısında cəzalandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Qeyd olunub ki, KXDR-də qadağan edilən Cənubi Koreya seriallarına baxdıqları iddia edilən gənclər 12 il ağır işlərə məhkum ediliblər.

Şimali Koreyadan qaçan vətəndaşlarla işləyən Cənub və Şimal İnkişaf İnstitutunun BBC-yə təqdim etdiyi 2022-ci ilə aid görüntülərdə 16 yaşlı iki gəncin stadionda ictimaiyyətin gözü qarşısında qandallandığı yer alıb.

Məlumata görə, KXDR Cənubi Koreyanın film və musiqisini öz ideologiyalarına təhlükə kimi görür. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR