İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya ilə ABŞ-ı bir-birinə qatan əsgərin aqibəti bəlli oldu -FOTO

İcazəsiz şəkildə hərbisizləşdirilmiş bölgəyə daxil olaraq Şimali Koreyaya keçən ABŞ əsgərinin aqibəti bəlli olub.

Şimali Koreya 23 yaşlı Travis Kinqin saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Travis Kinq iyulun 18-də  Şimali Koreya sərhədini  keçərək iki dövlət arasında gərginliyə səbəb olmuşdu.

Travis Kinqin sərhədi keçməzdən bir neçə həftə əvvəl Cənubi Koreyada gecə klubunda əlbəyaxa mübahisəyə qarışdığı üçün həbs edildiyi, üzə çıxmışdı. 

2 ay həbsdə qalan Travis iyulun 10-da ABŞ-a təhvil verilib. Sərbəst buraxıldıqdan sonra ABŞ-da hərbi məhkəməyə çıxarılmaq üçün “İncheon” hava limanına aparılan Kinq hərbi polisin onu təyyarəyə qədər müşayiət edə bilməməsini fürsət bilərək hava limanından qaçmağı bacarıb. O, daha sonra Cənubi Koreya ilə Şimali Koreya arasında silahsızlaşdırılmış müştərək təhlükəsizlik zonasını əhatə edən tura qatılıb.

Xatırladaq ki, ABŞ hökuməti 2017-ci ildə öz vətəndaşlarına Şimali Koreyaya getməyi qadağan edib və bu qadağa hələ də qüvvədədir.

Şimali Koreya həbsxanalarında ABŞ vətəndaşları ilə pis rəftar edildiyi bildirilir.//Ölkə.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR