Onlayn ictimai-siyasi qəzet
Rusiya Şimali Koreya hərbçilərinin qida çatışmazlığı ilə bağlı narazılığı ilə üzləşib.
Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Ukrayna Kəşfiyyat Xidməti tərəfindən yayılan məlumata görə, Kursk bölgəsində yerləşdirilən Şimali Koreya hərbçiləri lazımi ərzaq təminatının olmamasından şikayət edirlər.
Bu vəziyyətin qarşısını almaq məqsədilə Rusiya Müdafiə Nazirliyi general-mayor Mevlütovu bölgəyə göndərib. Onun əmri ilə, Rusiyanın desant-şəhər briqadasının ehtiyat ərzaqları Şimali Koreya hərbçilərinə paylanılıb.
Ukrayna kəşfiyyatı bildirir ki, bu, şikayətlər Şimali Koreyanın Rusiyadakı hərbçiləri ilə bağlı yaranan ən son narazılıqdır. Əldə edilən məlumatlara görə, bu addım, Rusiya tərəfindən Şimali Koreya ilə daha sıx hərbi əlaqələrin davam etdirildiyi bir dövrə təsadüf edir. Şimali Koreya Rusiya ilə strateji tərəfdaşlıq qurmağa çalışır, lakin qida və digər ehtiyacların təmin edilməsi məsələsində problemlər yaşanır.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ