Onlayn ictimai-siyasi qəzet
KXDR hakimiyyət orqanları iki Koreyanı ayıran demilitarizasiya zonasında (DMZ) Koreyalararası yola minalar quraşdırıblar.
Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi hərbi mənbəyə istinadən xəbər məlumat yayıb.
Mənbənin məlumatına görə, ötən ilin sonunda Cənubi Koreya hərbçiləri Pxenyanın Seuldan 85 km aralıda, Çeolvon bölgəsindəki hərbsizləşdirilmiş zona daxilində torpaq yola mina qoyduğunu aşkar ediblər. Nəşrin mənbəsi bunu Koreyalararası yolları bağlamaq üçün tədbirlər silsiləsinin son addımı adlandırıb.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ