İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kiprdə Qərbi Nil virusu tapılıb, müalicəsi yoxdur

Şimali Kiprdə yeni virus tapılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, virus insanlara "Culex" növündən olan ağcaqanadların dişləməsi ilə keçir.

Bildirilib ki, virusun əsas əlamətləri ürəkbulanma, dəridə yaranan qızarmalar, halsızlıqdır. Məlumata görə, virusun daha çox yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür.

Virusun hələlik nə peyvənd, nə də dərmanla müalicəsi var. Xəstəlik insandan insana keçmir.

Səhiyyə Nazirliyi virusa yoluxmamaq üçün insanları diqqətli olmağı tövsiyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR