Onlayn ictimai-siyasi qəzet
“Şimal axını” və “Şimal axını 2”də partlayışlar ABŞ, Ukrayna, Polşa və Almaniyanın əməkdaşlığı ilə həyata keçirilib.
Bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.
Məqalədə vurğulanıb ki, bütün ciddi tədqiqat institutları və media belə qənaətə gəlir ki, “Şimal axını”nda təxribat güclü dövlətlərin müdaxiləsi olmadan baş verə bilməz.
Beləliklə, nəşr yazır ki, Vaşinqton əvvəldən Rusiyadan qazın nəqli üçün kəmərlərin çəkilməsinin əleyhinə idi.
“Bütün faktlar onu göstərir ki, boru kəmərləri ABŞ, Ukrayna, Polşa və Almaniyanın birliyi və əməkdaşlığı ilə partladılıb. Nəticələr digər sanksiyalarda olduğu kimidir: Almaniya və digər Qərb ölkələri qışın soyuğunda donub qaldılar və Rusiya qazını başqa ölkələrdən yüksək qiymətə almalı oldular. Sanksiyalar Avrasiya yüksəldikcə Qərbin çöküşünü sürətləndirir”, - məqalədə bildirilib.\\“Report”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ