İnsanlara hürriyət, millətlərə istiqlal!

Siflis xəstəliyinə yoluxan komissar - Beriya erməni mühafizəçiyə niyə əl qaldırmışdı?

“NKVD”nin 6 aylıq kurslarının sonuncu günündə onu məktəb rəisinin yanına dəvət ediblər. Məktəb rəisi İvan Malinovskini kabinetdə əyləşən polkovnikə təqdim edib:

- Bu, İvan Malinovskidir. Məktəbimizin ən nümunəvi kursantıdır. Bu gün biz ona fərqlənmə diplomu və zabit rütbəsi təqdim edəcəyik.

POLKO.jpg (99 KB)

Daha sonra məktəb rəisi polkovnikin kim olduğunu Malinovskiyə çatdırıb:

- Polkovnik Sarkisov Lavrenti Beriyanın mühafizə rəisidir. O, səninlə təkbətək söhbət edəcək.

Sarkisov_Raphael.jpg (39 KB)

Sarkisovla Malinovskinin söhbəti uzun çəkməyib. Bir neçə sual-cavabdan sonra Sarkisov məktəb rəisinə əmr formasında göstəriş verib:

- Onun sənədlərini təcili hazırlayıb idarəyə göndərin, mən Malinovskini mühafizəyə götürürəm.

Beləliklə, zabit rütbəsi aldığı ilk gündən həbs olunduğu günə qədər Malinovski “dəmir narkom”un mühafizəsində xidmət edib.

İki həftəlik təlimlərdən sonra İvan Malinovski Beriyanın Kaçalovkadakı mənzilinə və Sosnovkadakı bağına təhkim olunub, xidmətini mühafizəçi kimi əsas bu iki yerdə aparıb.

SSRİ-nin ən ziddiyyətli və mürəkkəb fiqurlarından biri olan Beriyanın uzun illər bir addımlığında olan Malinovski bir çox maraqlı hadisələrin şahidi olub. Onun bu hadisələrlə bağlı sonralar verdiyi açıqlamalar da maraqla qarşılanıb. Malinovski həmin illəri aşağıdakı kimi xatırlayıb:

“Beriyanın mühafizəsində xidmət etmək heç də asan məsələ deyildi. Kiçik bir səhv böyük problemlər yarada bilərdi. İlk gündən bizə Beriyaya yaxınlaşmaq, nə isə soruşmaq, yaxud da xahiş etmək qəti qadağan edilmişdi. Biz bütün tapşırıqları Rafael Sarkisovdan (milliyyətcə erməni) alırdıq. Sarkisovla Beriyanın münasibətləri çox yaxın idi və Beriya ona böyük səlahiyyətlər vermişdi. Bu qeyri-rəsmi səlahiyyətlər Sarkisovun sərt və amansız xarakterini bir az da kobudlaşdırmışdı. Mən çalışırdım ki, xidmətimdə heç bir nöqsan olmasın, kimsə səsini mənə ucaltmasın. Qeyd edim ki, Beriyanın mühafizəsində xidmət ediyim illərdə heç vaxt xəbərdarlıq almamışdım. Yalnız bir dəfə kiçik bir xəbərdarlığım olub. İstirahət günlərimin birində Beriya məni təcili bağ evinə çağırtdırmışdı. Hətta arxamca maşın göndərmişdi. Nə baş verdiyini bilmirdim. Yol boyu düşünürdüm ki, yəqin nə isə bir səhvə yol vermişəm. Bağ evinin həyətində maşından düşəndə bütün mühafizəçilər və o cümlədən Beriya da həyətdə idi. Beriyanın ilk sualı belə oldu:

- Niyə bu gün işdə deyilsiniz?

Yəqin ki, bu sualın cavabını məndən əvvəl Sarkisov vermişdi və sözsüz ki, Beriya mənim istirahət günüm olduğunu bilirdi. Amma buna baxmayaraq, mən sualı cavabsız qoya bilməzdim:

- Lavrenti Pavloviç, bu gün mənim istirahət günümdür.

- Yox İvan, biz voleybol oynadığımız gün sən istirahət edə bilmərsən. Çünki sən ən ədalətli hakimsən.

Mən söhbətin nədən getdiyini dərhal anladım və voleybol meydançasındakı hakim yerində öz yerimi tutdum. Beriya voleybol oynamağı çox sevirdi və vaxt tapdıqca bağ evində iki komanda düzəldib yarış keçirirdi. Mən isə bu yarışların hakimi olurdum...”

İvan Malinovski öz xatirələrində Beriyanın “qara” işləri haqqında da açıqlamalar verib:

“Beriya ailəsinə, o cümlədən şəxsi personalına qarşı mehriban bir adam idi.

AİLEMİ.jpg (107 KB)

O, arabir bizə yaxınlaşıb problemlərimizlə maraqlanırdı, Sarkisova ailə-məişət problemlərimizi həll etməyi göstəriş verirdi. Ümumiyyətlə, mən Beriyanın evdə səsinin tonunu qaldırmağını eşitməmişdim. Amma günlərin birində axşam saatlarında onun qəzəbli səsi bağ evinin həyətindən eşidildi. Həmin gün Beriya evdə tək idi. O, bir neçə dəfə çölə çıxdı, mən birinci postda dayanmışdım. Məndən Sarkisovu soruşdu. Cavab verdim ki, rabitə əlaqəsi yaratmışıq, 3-5 dəqiqəyə bağ evinə çatacaq. Elə həmin saniyələrdə Sarkisov maşınla həyətə daxil oldu. Maşından düşəndə Beriya ona yaxınlaşıb üzünə şillə çəkdi:

- Keç içəri.

Sonra içəridən Beriyanın təhqir dolu sözləri eşidildi:

- Sən ikibaşlı oyun oynayırsan? Mənim evimin içində məni satmaq istəyirsən? Mənim xəstəliyim haqqında mənim ailə üzvlərim kimdən xəbər tutub? Cavab ver? Sənin bunu Ninoya (Beriyanın həyat yoldaşı) çatdırmaqda məqsədin nə idi? Rədd ol gözlərimin qabağından...

Mən söhbətin nədən getdiyini bilirdim. Təxminən bu hadisədən 3-4 gün əvvəl Beriyanın şəxsi həkimi ilə Ninonun söhbətini də eşitmişdim. Həkim Ninoya Beriyanın siflis xəstəliyinə yoluxması haqqında məlumat vermişdi. Onun məqsədi heç də aranı qarışdırmaq yox, Ninonu bu xəstəliyə yoluxmaması üçün xəbərdar etmək idi. Beriya isə elə düşünmüşdü ki, xəstəliyi haqqında xəbəri Ninoya Sarkisov çatdırıb. Əslində bu məsələdə Sarkisovun heç bir günahı yox idi. Sonra Beriya da məsələni araşdıranda Sarkisovu bağışlamışdı...”

Bəli, nə qədər ki, Beriya “hər şeyə qadir narkom” idi, Sarkisov onu sata bilməzdi, cürəti çatmazdı. Amma Beriya həbs olunduqdan sonra istintaqa cəlb olunan Sarkisov Beriyanın əleyhinə ifadə verərək məhkəməyə üç siyahı təqdim edib. Birinci siyahıda 39, ikinci siyahıda 75, üçüncü siyahıda 115 qadının adları olub ki, onlar Sarkisovun vasitəsi ilə məcburi olaraq Beriyanın məşuqələrinə çevriliblər...

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR