İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgilisi ilə birlikdə iki uşağını pəncərədən ataraq öldürdü - EDAM EDİLƏCƏKLƏR

Çində dəhşətli hadisə baş verib. 

Musavat.com xəbər verir ki, çinli cütlük birlikdə yeni ailə qurmaq məqsədilə kişinin əvvəlki evliliyindən olan iki uşağını öldürdüyü üçün həbs edilib.

Bildirilib ki, 2020-ci ildə cütlük Zhang Bo-nun əvvəlki evliliyindən olan iki uşağını 15-ci mərtəbədəki evlərinin pəncərəsindən atıblar.

Zhang Bo və onun sevgilisi Ye Çençen Çinin cənub-qərbindəki Çonqinq şəhərində yaşayış binasının 15-ci mərtəbəsində yaşayırmış. Bo-nun əvvəlki evliliyindən iki yaşlı qızı və bir yaşlı oğlu cütlüklə birlikdə yaşayırdı. Uşaqları maneə kimi görən qadın sevgilisini onları öldürməyə razı salıb və kiçik uşaqları 15-ci mərtəbədən aşağı atıblar. Sevgilisi ilə birlikdə uşaqlarını öldürən ata Zhang Bo və sevgilisi Ye Çenqçenin ölüm cəzasına məhkum edildiyi bildirilib. 

İkilinin ölüm hökmü ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Musavat.com

2

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR