İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyənin neft gəlirləri kəskin azalıb

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun xalis mənfəəti 2023-cü ilin üçüncü rübündə 32,583 milyard dollar təşkil edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu,a ötən ilin eyni dövrü ilə müqayisədə (42,43 milyard dollar) 23,2 faiz azalma deməkdir.

İkinci rübdə “Saudi Aramco” 30,083 milyard dollar xalis mənfəət əldə etmişdi. Bu isə o deməkdir ki, üçüncü rübdə mənfəəti rüblük ifadədə 8,3 faiz artıb.

Əməliyyat fəaliyyətindən gəlirlər əhəmiyyətli dərəcədə - 2022-ci ilin üçüncü rübü ilə müqayisədə 41,9 faiz azalaraq 31,4 milyard dollara, sərbəst pul vəsaitlərinin hərəkəti illik ifadədə 2,2 dəfə azalaraq 20,3 milyard dollara düşüb.

“Saudi Aramco”nun kapital xərcləri üçüncü rübdə illik müqayisədə 22 faiz, ikinci rüblə müqayisədə isə 5,4 faiz artaraq 11 milyard dollar təşkil edib.

Üçüncü rübdə karbohidrogen hasilatının həcmi sutkada 12,8 milyon barel neft ekvivalenti (ikinci rübdə - 13,5 milyon barel/s) təşkil edib.

Üçüncü rübdə “Saudi Aramco” əvvəlki rüb üçün 19,5 milyard dollar məbləğində dividend ödəyib və şirkət üçüncü rüb üçün də 19,5 milyard dollar ödəməyi planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR