Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald Trampla telefonla danışıb.
Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Xəbər Agentliyi yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Məhəmməd bin Salman Əl Səud iki ölkə arasında ticarətin artırılması üçün çalışacağına söz verib.
Vəliəhd şahzadə Krallığın ABŞ ilə investisiya və ticarəti növbəti dörd il ərzində 600 milyard dollar və potensial olaraq daha çox artıracağını bildirib.
Eyni zamanda qeyd edilir ki, iki lider Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təşviqi üçün əməkdaşlıq yollarını, həmçinin terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ