Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı sentyabrda son üç ayda ilk dəfə olaraq Asiyaya tədarük etdiyi neftin əsas növünün qiymətini qaldıracaq.
Musavat.com Saudi Aramco-nun açıqlamasına istinadən xəbər verir ki, Asiyalı alıcılar üçün “Arab Light” markalı neftin qiyməti bir barel üçün 0,2 dollar artacaq. Nəticədə, o, Oman və Dubaydan alınan bir səbət neftdən 2 dollar baha olacaq.
Şirkət ABŞ-a tədarük edilən neftin qiymətini 0,75 dollar/barel, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionuna satılanı isə 2,75 dollar/barel azaldacaq.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ