Onlayn ictimai-siyasi qəzet
İngiltərə Premyer Liqası (İPL) klublarının əksəriyyəti çempionatda maaş limitinin tətbiq edilməsinə səs verib.
Təklif 20 klubdan 16-sı tərəfindən dəstəklənib. “Mançester Siti”, “Mançester Yunayted” və “Aston Villa” buna qarşı çıxıb, “Çelsi” isə bitərəf qalıb. Bu barədə BBC məlumat yayıb.
Yeni modelin iyun ayında keçiriləcək illik toplantıda təqdim ediləcəyi gözlənilir. Məhdudiyyətlər klubların transferlərə, maaşlara və agentlərə ödənişlərə xərcləmələrinə təsir edəcək. Təsdiq olunarsa, qərar 2025/26 mövsümündən qüvvəyə minəcək.
Liqanın hazırkı maliyyə qaydaları klublara üç mövsüm ərzində 105 milyon funt sterlinqə qədər zərər etməyə icazə verir. "Everton" və "Nottinqem Forest" bu mövsüm pozuntuya görə müvafiq olaraq 8 və 4 xal cərimələniblər. Bu sistem tənqidlərə məruz qalıb və mövcud şərtlərin ən yüksək gəlirli klublara üstünlük verdiyini göstərib./Publika.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ