İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş vəziyyətdə qəza törədən aktyor peşman oldu - VİDEO

İçkili halda qəza törədən aktyor Erkan Can başına gələnlər barədə ilk dəfə açıqlama verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, sərxoş halda avomobil idarə etməyin qanuna zidd olduğu qədər insan həyatı üçün də təhlükəli olduğunu qəza törətikdən sonra öyrənib:

"Bu gecə evimin 300 metrliyində qəza keçirdim. Mənim üçün narahat olan, səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Sərxoş halda avtomobil idarə etməyin qanunlara zidd olduğu qədər insan həyatına da təhlükə yaratdığını öyrənmiş oldum. Belə bir xəbərlə gündəmə gəldiyim üçün təəssüf edirəm. Sağolun!".

Xatırladaq ki, Erkan Can sərxoş halda avtomobil idarə edərkən qəza törədib. Hadisə oktyabrın 15-də yerli vaxtla saat 03.50 sıralarında Ümraniyedə qeydə alınıb. Qəzadan sonra aktyor cib telefonu kamerasına düşən görüntülərdə "Mən içkiliyəm, qanunu bilirəm, eyvallah" sözlərini söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR