Onlayn ictimai-siyasi qəzet
Şotlandiyanın paytaxtı Edinburqdan Antalyaya uçan və hava limanına enən təyyarədə sərxoş şotlandiyalı sərnişin səs-küy salmağa başlayıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, müdaxilə etməyə gələn polis qrupları sərxoş sərnişinin hücumuna məruz qalıb.
Məlumata görə, aprelin 20-də təyyarədə şotlandiyalı sərxoş sərnişinin digər sərnişinlə mübahisə etməsi ilə bağlı polisə müraciət edilib.
Şotlandiyalı sərnişin təyyarəyə gələrək ona müdaxilə etməyə çalışan polisə hücum edib.
Digər polis əməkdaşı və sərnişinlər polis əməkdaşına yumruq atan aqressiv sərnişinin qarşısını almağa çalışıblar.
Qısa müddətdə zərərsizləşdirilən sərnişin polis tərəfindən saxlanılıb.
Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə sövq edilən şotlandiyalı sərnişin məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ