İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərurda avtomobil piyadanı vuraraq öldürüb


Şərur rayonunda avtomobil piyada Sahil Qəhrəmanovu vuraraq öldürüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 18-i saat 5 radələrində rayonun Aşağı Daşarx kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ordubad rayon sakini İ.Ələkbərov idarə etdiyi “Foton” markalı avtomobillə yolu keçən kənd sakini Sahil Qəhrəmanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.

Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR