İnsanlara hürriyət, millətlərə istiqlal!

Sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlərə hansı üstünlüklər veriləcək? - AÇIQLAMA

“Gələcəkdə direktor və direktor müavini seçimləri zamanı sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlərə üstünlük veriləcək”.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, həmçinin məktəblərdə metodist seçimini də gələcəkdə sertifikasiya imtahanlarında uğur qazanmış müəllimlər həyata keçirəcək:
“Müəllimlərin qeyri-maddi mükafatlandırılması, dövlət təltifləri zamanı da sertifikasiyadan uğurla keçən müəllimlərə üstünlük veriləcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR