İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişin avtobusu yol kənarındakı maşınları əzdi- VİDEO

Paytaxtın Xətai rayonu ərazisində “Bakubus” avtobusu qəza törədib.

Musavat.com Ölkə.az-a istinadən xəbər verir ki, hadisə “Həzi Aslanov” metro stansiyasının qarşısında qeydə alınıb.

“BakuBus” MMC-dən bildirilib ki, bu gün saat 10:20 radələrində 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90JY786 avtobusun iştirakı ilə Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol nəqliyyat hadisəsi baş verib:

“Nəqliyyat vasitəsini idarə edən sürücü Təhməzov Raminin verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayananan digər nəqliyyat vasitələri - 10KR201 və 77HS309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR