Onlayn ictimai-siyasi qəzet
Argentina Prezidenti Xavyer Miley ölkə vətəndaşlığının əhəmiyyətli investisiyalar qarşılığında əldə olunmasına icazə verən qanun dəyişikliyini imzalayıb.
Oxu.Az xəbər verir ki, Argentina iqtisadiyyatına ediləcək hər hansı yatırımın əhəmiyyətli sayılacağına dair qərarı İqtisadiyyat Nazirliyi verəcək.
Sənəddə tələblərə cavab verəcək investisiyanın həcmi göstərilməyib. Bununla belə, daha əvvəl "La Nacion" qəzeti mənbələrə istinadən məlumat vermişdi ki, hökumət 500 min dollardan başlayan layihələrə baxmaq niyyətindədir.
31 May 2025
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ