Onlayn ictimai-siyasi qəzet
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr ailə üzvləri ilə birlikdə qanunsuz əmlakının müsadirə olunması üçün Baş Prokurorluğa dəvət edilib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın "Hetq" nəşri məlumat yayıb.
Dəvətlilər arasında Aleksandr Sarkisyanın oğulları Narek və Hayk da var. Onlara bildirilib ki, prokurorluq tərəfindən araşdırma aparılıb və icmal tərtib edilib, onun əsasında ailə üzvlərinin adına rəsmiləşdirilən əmlak müsadirə edilib.
Bu mərhələdə prokurorluq konkret olaraq nələrin müsadirəyə məruz qaldığını göstərmir. Buna səbəb maraqlı tərəflərin əmlakın mənşəyinin qanuniliyini təsdiq edən arqumentlər təqdim edə bilməsidir.
Serj Sərkisyan Qarabağ ermənilərindəndir və "Qarabağ klanı" adlandırılan siyasi mafiyanın rəhbərlərindən biridir. Hakimiyyətdə olduğu illərdə Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri törədib. Torpaqlarımızın işğalında, dinc sakinlərimizin qətlə yetirilməsində, əsir və girovlarımıza qarşı işgəncə və öldürmə proseslərində yaxından iştirak edib. Bəzi hallarda isə bu cinayətkar əməllərə rəhbərlik edib. İstər o, istərsə də 2-ci prezident Robert Köçəryan hakimiyyətdə olduqları illərdə həm də Ermənistanı çapıb - talamış, korrupsiya və rüşvət cinayətlərinə də batmışlar. Hazırda hər iki keçmiş prezidentin özünün və ailələrinin üstündə cinayət dosyesi vardır. Onların və yaxınlarının oğurluqla əldə etdiklərinin bir qismini Paşinyan bu cür müsadirə etdirir.
Puşkinin ermənilərlə bağlı məşhur deyimini bir az dəyişdirib, bu nümunə üçün belə söyləsək, yerinə düşər: "Sən oğrusan, çünki sən ermənisən"...
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ