İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyanın adamı: “100 min adam toplaşsa, o zaman polislər bizə qoşulacaqlar”


“Biz aksiyanı davam etdiririk, lakin iştirakçılar yenə qanunsuz olaraq saxlanılır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər İrəvandakı aksiyalarda iştirak edən parlamentin keçmiş vitse-spikeri, Ermənistan Respublika Partiyasının (sədr Serj Sərkisyandır) üzvü Eduard Şarmazanov tərəfindən jurnalistlərlə söhbətində səslənib.

Şarmazanov müxalifətin Milli Komitəsinin çağırdığı aksiyalarda kifayət qədər insan olmadığını etiraf etməyə məcbur olub.

 “100 min insan toplaşsa, polislər də bizə qoşulub Nikolu rədd edəcəklər”, - deyə erməni müxalifətçi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR