İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Markedonov: “Azərbaycan niyə üçüncü tərəfin iştirakını istəmir”


Ermənistan-Azərbaycan sülh müqaviləsinin təqvim ilinin sonuna qədər müzakirəsi Qafqaz gündəminin mərkəzi mövzularından birinə çevrilir.

Qeyd edək ki, Azərbaycan son günlərdə Ermənistana birbaşa vasitəçilərin iştirakı olmadan müzakirə aparmağı təklif edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiya Xarici işlər nazirliyinin Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov bununla bağlı öz fikirlərini bölüşüb.

“Bakı hansı səbəbdən Vaşinqton görüşünə razı olmadı. Bundan öncə Azərbaycan Qranada və Brüssel görüşlərində də iştirak etmədi. 

Məncə cavab o qədər də mürəkkəb deyil. Azərbaycan Ermənistanla heç bir üçüncü tərəf olmadan ikitərəfli razılaşmalar əldə etməyə çalışır. Söhbət bu “üçüncü tərəflərin” tamamilə lazımsız olması ilə bağlı deyil. Lakin Bakı onların vəziyyətə real təsirinin dərəcəsini minimuma endirmək istəyir. Çünki erməni tərəfi son fürsətə qədər “üçüncü”dən yapışacaq. Azərbaycan onun uğurlarının qeyd-şərtsiz tanınmasını, eləcə də Bakının əsas benefisiarlardan birinə çevriləcəyi yeni regional status-kvonun formalaşmasını istəyir”,-deyə Markedonov qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR