Onlayn ictimai-siyasi qəzet
Uzun illərdir dağınıq sklerozdan əziyyət çəkən türkiyəli məşhur müğənni Serdar Ortaç son görüntüləri ilə pərəstişkarlarını məyus edib. Belə ki, məşhur ifaçı konsertindən əvvəl və sonra əlil arabasında hərəkət edib.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda Ortaçın pərəstişkarları ilə foto çəkdirərkən arabadan çətinliklə durduğu və yeriyərkən əziyyət çəkdiyi, köməyə ehtiyac duyduğu görünür.
Qeyd edək ki, Serdar Ortaç son zamanlar paylaşımları və sözləri ilə gündəm olub. Bundan əvvəl o, canlı yayıma içkili çıxıb və həmkarı Tarkanı söyərək hər kəsi şoka salıb.
Xatırladaq ki, dağınıq sklerozla uzun illərdir mübarizə aparan ifaçı xəstəliyi ilə əlaqədar ayağının amputasiya oluna biləcəyini deyib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ