İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərdar Cəlaloğludan SENSASİON proqnoz: "Talıbovla bağlı ssenari başa çatıb, o, həbs olunmayacaq" - VİDEO

Son vaxtlar cəmiyyətdə Naxçıvan Ali Məclisinin eks rəhbəri Vasif Talıbov və yaxın ətrafının cəzalandırılması ilə bağlı gözləntilər artıb.

Proses uzandıqca ümidsizlik artır. Talıbov və həmin soyaddan olan qohumlarının vəzifədən kənarlaşdırılması son sürətlə davam etsə də, polis, məhkəmə hələ ki, onların qapısını döymür.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə V.Talıbovun həbs olunmayacağına əmindir. TV Müsavata müsahibəsində o, bunun səbəbləri barədə danışıb. Onun sözlərinə görə, V.Talıbovla bağlı heç bir hüquqi addım atılmayacaq, cinayət təqibi olmayacaq. Bir çoxları ilə bağlı da cinayət təqibi olmayıb. Talıbov başqa kateqoriyadır, çünki o, ailəyə daha yaxındır, tam yad adam deyil”.
Müsahibənin videoversiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR