İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya prezidenti: 9 ölkə Kosovonun tanınmasını geri götürüb

Esvatini, Somali, Burkina Faso, Qabon, Liviya, Qvineya, Antiqua və Barbuda, Sent-Lüsiya və Maldiv adaları Kosovonun tanınmasına dair qərarlarını ləğv edib.

APA-nın xəbərinə görə, bunu Serbiya prezidenti Aleksandar Vuçiç “Veçerne Novosti” nəşrinə bildirib.

“Qondarma Kosovo Respublikasının tanınmasını geri götürən doqquz ölkə var: Somali, Burkina Faso, Qabon, Esvatini, Liviya, Qvineya, Antiqua və Barbuda, Sent-Lüsiya və Maldiv adaları” – deyə Vuçiç qeyd edib.

Prezident vurğulayıb ki, 106 ölkə Kosovonun müstəqilliyini tanımır, 84 ölkə isə “birmənalı olaraq tanıyır”. Digər üç dövlətin mövqeyi qeyri-müəyyəndir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR