Onlayn ictimai-siyasi qəzet
Serbiya müxalifəti parlament iclasını pozmağa cəhd edib, tüstü bombaları istifadə edərək gərginlik yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə "Tanjug" agentliyi məlumat yayıb.
Serbiya Radio və Televiziyasının məlumatına görə, hadisə nəticəsində 3 deputat xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
İnsidentin səbəbi təhsil haqqında qanunla bağlı düzəlişlərin gündəmə salınması olub. Bu dəyişikliklər müxalifətin geniş etirazları ilə qarşılanıb.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ