İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı rejim erməni əsilli Azərbaycan vətəndaşlarına repressiya və işgəncələr həyata keçirir - VİDEO

Qarabağda rus sülhməramlılarının nəzarət etdiy ərazilərdə “hakimiyyət” quran, qondarma, separatçı rejim yerli ermənilərə qarşı əvvəlki illərdə olduğu kimi repressiya və işgəncə siyasətini davam etdirir.

Musavat.com “Caucasian bureau” saytına istinadən xəbər verir ki, Xankəndidə yaşayan Yuri Musaelyan adlı vətəndaş Arutyunyan-Vardanyan rejiminə etiraz etdiyi üçün işgəncəyə məruz qaldığını bəyan edib.

Bununla bağlı materialı sizə təqdim edirik.

“Qarabağ sakini Yuri Musaelyan geri çəkilmək fikrində olmadığını bildirib və dekabrın 25-də Xankəndinin mərkəzindəki meydanda etiraz aksiyası təşkil edəcəyinə söz verib. Onun aksiyasına yerli fəallar da qoşulmağa hazırlaşır. Musaelyanın söylədiyinə görə, Arayik Arutyunyan və onun qardaşının İkinci Qarabağ müharibəsində həlak olanların ailələrinə təzminat kimi nəzərdə tutulan pulun bir hissəsini necə mənimsəməsi ilə bağlı faktları açıqlayacaq.

Xatırladaq ki, ötən gün Qarabağ separatçılarının lideri, cinayətkar və uşaq qatili Arayik Arutyunyan Xankəndiyə gətirilən muzdlularını Yuri Musaelyanın yanına göndərərək onu uşaqları və arvadının gözü qarşısında döyüb. Məlum olub ki, bu vəhşi akt, Yuri Musaelyan Araikin başçılıq etdiyi separatçı rejimin bölgəni və sadə erməniləri talayan siyasətinə qarşı çıxdığı üçün törədilib.

Yuri Musaelyan Arayik və onun əlaltılarını “insanları ailələrinin gözü qarşısında döyə biləcək dərəcədə qırmızı xətti keçən”, “Qarabağ ermənilərini qarət edən quldurlar” adlandırıb.

Qarabağ ermənisi ictimai fəal olduğunu və hər vəchlə Arayikin başçılıq etdiyi quldur dəstəsini ifşa edəcəyini bəyan edib. Musaelyanın ifadəsinə görə, bu cinayətkar dəstə “Qarabağın erməni əhalisinin son şirəsini sıxmaqla” məşğuldur.

Məlumat var ki, Arayik Arutyunyan məhz sadə Qarabağ ermənilərinin narazılığından qorxaraq Xankəndidə hər hansı ictimai aksiyaya qadağa qoyub”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR