İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan ABŞ-yə xəbərdarlıq: ”Qarışma!”

İran İsveçrə vasitəsilə Vaşinqtona xəbərdarlıq edib və bildirib ki, ABŞ İsrailə raket hücumundan sonra məsələlərə müdaxilə etməsin.

Musavat.com xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“Bu, bizim qanuni özünümüdafiə haqqımızdır və biz davam etmək niyyətində deyilik. ABŞ-ı uzaq durmaq və qarışmamaq barədə xəbərdarlıq etmişik”.

Qeyd edək ki, ötən gün İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb. ABŞ ordusu İsraili bu hücumdan müdafiə etmək üçün İsrail Müdafiə Qüvvələri ilə yaxından əməkdaşlıq edib.

"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb. İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

"Fars" agentliyi yazır ki, İran raketlərinin ən azı 80%-i İsrailin hava hücumundan müdafiə sistemlərinə nüfuz edə bilib və yəhudi dövlətinin ərazisindəki hədəfləri vurub.

Agentlik iddia edir ki, bu, yalnız birinci hücum dalğasıdır və ikincisini gözləmək lazımdır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR