Onlayn ictimai-siyasi qəzet
İyunun 28-də Qarabağdakı terrorçuların təxribatlarına cavab olaraq məhv edilmiş iki hərbçi - Yervand Tadevosyan və Samvel Torosyanın cəsədləri bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistana aparılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Bildirilir ki, həmin şəxslər valideynlərinin istəyinə uyğun olaraq Yerablurda dəfn ediləcək. Qondarma rejimin oyuncaq “ombudsman”ı Geqam Stepanyan bu barədə məlumat verib.
O, ölən hərbçilərin Ermənistan silahlı qüvvələrinin heyətinə daxil olduğu barədə Azərbaycanın məlumatını təkzib etməyə cəhd göstərib.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ