İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH generalı Azərbaycanı təhdid etdi  

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əlirza Tanxoy Azərbaycan əleyhinə Ermənistan mediasının manşetlərdən tirajladığı və toy-bayramla qarşılanan çıxış edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. ISNA-nın məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusunun generalı general Qasim Süleymaninin ölümünün ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycanı təhdid edərək İrana qarşı istənilən addımın sərt cavab alacağı ilə bağlı xəbərdarlıq edib. “Azərbaycan Respublikası Ukraynanın və Səddamın (1979-2003-cü illərdə İraq prezidenti Səddam Hüseyni nəzərdə tutur - red.) səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun güclü ölkəsi kimi heç vaxt öz sərhədlərinə imkan verməyəcək. təhlükə altında olmaq”-iranlı general bildirib. Tanxoy deyib ki, İran və onun qonşu regionlarını təhlükəsiz vəziyyətə salmaq üçün istənilən addım İran İslam Respublikasının silahlı qüvvələrinin sərt cavabı ilə müşayiət olunacaq.

Bununla da SEPAH generalı növbəti dəfə heç bir əsas olmadan normal münasibətlərin tərəfdarı olan və bu istiqamətdə siyasət yürüdən, hətta illər boyunca İrana qarşı öz ərazisindən hərbi məqsədlər üçün istifadə olunmasına imkan verməyən Azərbaycanı təhdid edib. Yəqin ki, cavabını alacaq... Onu da qeyd edək ki, bu, əsassız ittiham və təhdid İranın Azərbaycandakı səfirinin Tehrana məsləhətləşmələr almaq üçün getdiyi dövrə təsadüf edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR