İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! NATO-nun "Moskva planı" ÜZƏ ÇIXDI - Putin buna məcbur ediləcək

Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsində və Ukraynanın şərqindəki Donbas bölgəsindəki münaqişədə əsas rol oynayan rus komandir İqor Girkin uğursuzluğun səbəbini açıqlayıb.

Musavat.com Newsweek-ə istinadən xəbər verir ki, Girkin Ukraynanın uğurunun əsas səbəbi kimi rus hərbi rəhbərlərinin məsuliyyətsizliyini göstərib.

PUTİNİ QƏZƏBLƏNDİRƏCƏK AÇIQLAMA

63b264464e3fe1164c799ae4.jpg (63 KB)

“Təəssüf ki, bəzi yerlərdə onların bizim hərbi obyektlərə hücumu Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşunlarının komandanlığının hədsiz israfçılığı, lazımsız şeylərə pul ayırması səbəbindən uğurlu alınıb”, - rusiyalı komandir Telegram-da yazıb.

Rusiyanın Ukraynanın infrastrukturunu hədəfə aldığını vurğulayan Girkin bu taktikanın Kiyevi sülhə məcbur edə bilməyəcəyini deyib.

Girkin bundan əvvəl bəyan etmişdi ki, müharibədəki vəziyyət Rusiya Federasiyasının siyasi rejiminin və hətta dövlətinin dağılmasına gətirib çıxara bilər.

NATO "MOSKVA PLANI"NI AÇIQLADI

63b264894e3fe1164c799ae6.jpg (91 KB)

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın Ukraynaya hücumlarında azalma əlamətləri yoxdur, ona görə də Qərb ölkələri uzunmüddətli perspektivdə Kiyevə dəstəyini davam etdirməyə hazır olmalıdır.

BBC-yə danışan Stoltenberq bəyan edib ki, Ukraynanın müstəqilliyini qoruyub saxlamağın və Rusiyanı danışıqlar masasına oturtmağın yolu bundan keçir.

Rusiyadakı qismən səfərbərliyin Moskvanın müharibəni bitirmək niyyətində olmadığını göstərdiyini vurğulayan Stoltenberq həmin əsgərlərə təlimlər keçirildiyini bildirib: “Bu onların həm müharibəni davam etdirmək istəyini, həm də yeni hücuma başlamaq niyyətini göstərir”.

Stoltenberq gələcəkdə Ukraynanın danışıqlar masası arxasında güclü olması üçün Qərbin dəstəyinin vacibliyinə diqqət çəkib:

“Biz təcili olaraq Ukraynaya dəstək verməliyik. Bura hərbi dəstək də daxildir. Çünki bu, Rusiyanı danışıqlar masasına əyləşmək məcburiyyətində hiss etdirəcək. Biz bilirik ki, Ukraynanın danışıqlar masası arxasında nəyə nail olması tamamilə cəbhədəki vəziyyətdən asılıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR