Onlayn ictimai-siyasi qəzet
Tayland, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib.
Musavat.com xəbər verir ki, məlumatı Nikkei Asia portalı məlumat yayıb.
Məlumata görə, mayın 18-dən 24-dək Tailandda 53,5 min COVID-19 yoluxma halı qeydə alınıb. Bundan əvvəl, yanvardan mayın ortalarına qədər olan bütün dövr ərzində 187 min yoluxma halı qeydə alınmışdı. Epidemiya ən çox paytaxt Banqkoka təsir edib. Bu, aprel ayında keçirilən Sonqkran festivalı (Tayland Yeni ili) ilə əlaqələndirilir və bu festivalda ənənəvi su tapançası döyüşləri baş verir. Mayın ortalarından etibarən paytaxt məktəblərinin binalarına dezinfeksiyaedici maddələr səpilib, bəzi təhsil müəssisələri onlayn formata keçib.
Tailand hökuməti səlahiyyətlilərin əhalinin kifayət qədər sayda maskalar, birdəfəlik testlər və əl təmizləyiciləri ilə "ədalətli qiymətlərlə" təmin etdiyini açqılayıb. Səhiyyə Nazirliyi xəstələr üçün, o cümlədən mobil proqramlar vasitəsilə həkimlərlə pulsuz distant konsultasiya təşkil edir, həmçinin dərmanların sürətli çatdırılmasını təmin edir.
Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, aprelin 28-dən mayın 4-dək ölkə xəstəxanalarında infeksiya üçün aparılan testlərin təxminən 16 faizi müsbət nəticə göstərib. Martın son həftəsində testlərin 6,3 faizində müsbət nəticə vardı. Çinli epidemioloq Çjonq Nanşan daha əvvəl bildirmişdi ki, Çində dominant olan XDV və XDV.1 virusunun yeni variantları insan immun sisteminin müqavimətinə daha davamlıdır. Bu o deməkdir ki, hətta peyvənd olunmuş və ya COVID-19-dan sağalmış insanlar da eyni dərəcədə yoluxma riski altındadır.
Sinqapur da son vaxtlar COVID-19 hallarının artması ilə əlaqədar həyəcan vəziyyətindədir. Bundan əvvəl xəbər verilmişdi ki, ölkənin Səhiyyə Nazirliyi mayın 13-də bir ildə ilk dəfə yenilənmiş statistik məlumatları açıqlayıb. Açıqlamada qeyd olunub ki, aprelin 27-dən mayın 3-dək əvvəlki həftə ilə müqayisədə 28 faiz çox yoluxma qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı da 30 faiz artıb. Səlahiyyətlilər vətəndaşlara ehtiyat tədbirlərinə əməl etməyi, o cümlədən peyvənd olunmağı və insanların sıx olduğu yerlərdə maska taxmağı tövsiyə edib.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ