Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan yaxın aylarda baş nazirin istefaya gedəcəyini və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.
Qeyd edək ki, Ağazaryan keçən ilin sonuna qədər baş nazir Nikol Paşinyanın komandasında yer alıb və hakimiyyət dairələrində baş verənlərdən xəbərdar olub.
O, hazırkı xarici siyasət hadisələrinin erkən seçkilərin hakimiyyətin maraqlarına uyğun şərait yaratdığını düşünür.
Ovik Ağazaryanın sözlərinə görə, Nikol Paşinyanın indi yenidən etimad mandatı almaq və planlarını irəli sürmək şansı daha çoxdur.
"Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var", — deyə deputat vurğulayıb.
Ağazaryan Paşinyan və onun sadiq müttəfiqi tərəfindən qurulan “Mülki müqavilə” partiyasının ən yaşlı üzvlərindən biri olub. "Azadlıq" radiosu xatırladır ki, Ağazaryan Paşinyanın mandatını təhvil vermək tələbini yerinə yetirməkdən imtina etdiyi üçün komandadan xaric edilib.
Növbədənkənar seçkilərlə bağlı proqnozlar fonunda Ağazaryan öz partiyasını yaradır və hakimiyyəti öz əlinə almağa hazırdır.
İqbal,
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ