Onlayn ictimai-siyasi qəzet
Dakar məhkəməsi Milli Assambleyanın (birpalatalı parlament) iki üzvünü büdcə müzakirəsi zamanı davada həmkarını döydüyünə görə altı ay həbs cəzasına məhkum edib.
“Report” xəbər verir ki, bu barədə Seneqal Mətbuat Agentliyi məlumat yayıb
Bildirilib ki, üstəlik, onların hər biri 150 avro məbləğində cərimə ödəməlidir.
Qeyd edək ki, müxalifət deputatları Massata Samba və Mamadu Nyanqa hakim partiyanın üzvü Emi Qnibi Ndiayeyə hücum edərək ona bir neçə bıçaq zərbəsi endiriblər
Dekabrın 1-də Seneqal parlamentində baş verən dava iclas canlı yayımlanarkən televiziya ekranlarına da yansımışdı. Epizod sosial şəbəkədə geniş şəkildə yayılıb.
Hər iki deputat həbs edilib. İstintaq onların hər birinin iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
12 Oktyabr 2024
11 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ