İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səndə o qeyrət yoxdur!” – Partiya sədrindən Cəmil Həsənliyə  sərt sözlər...  

 

Dünən maraqlı məlumat aldım. Cəmil Həsənli adında siyasət qırıntısı öz “feysbuk” statusunda belə bir iddia ilə çıxış edibmiş ki, demə bəs mənim rəhbəri olduğum partiya özünü buraxıb. Ardınca isə adam(?!) utanmadan mənbə belə göstərib və fikrinin davamını gətirib: Elşən Musayev həm də Milli Məclisin Avropa Şurasındakı nümayəndə heyətinin üzvüdür. (Nə vaxt üzv olmuşam, özümün də xəbərim yoxdur.)

Mənbəni araşdırdım. Yazıda nə mənim adım keçib, nə də rəhbəri olduğum partiyanın. Yəni, tamamilə uydurma, saxta və illüziya məhsulu olan bir informasiyadır. Fərdi təxəyyül “qıjqırması”dır.  Sadəcə düşünüb ki, belə yazım getsin. Vəssalam.

**

Cəmil Həsənlinin və onun qaraguruh briqadasının mənə nə qədər qıcıqlı olduğunu bilirəm. Cəmil Həsənlinin mövcud hakimiyyətə qarşı nə qədər hikkəli olduğunu da bilirəm. Fəqət, etiraf edim: Məlum qıcığın, hikkənin hallüsinasiya və şizofreniya həddinə qədər irəlilədiyini bu günə qədər bilmirdim. İndi onu da bildim.

**

Milli Məclisdəki otağımda Ulu Öndər Heydər Əliyevə həsr olunan çoxlu sayda kitablar var. Əksəriyyəti keçmiş Xarici İşlər Nazirinin təşəbbüsü və ideya müəllifliyi ilə ərsəyə gəlib. Təxminən 50 ədəd. Və onların hardasa 35-nin ön sözünü Cəmil Həsənli yazıb. Deputat olduğu dövrdə!

**

2005-ci ildə keçirilən Parlament seçkilərindən sonra Əli Kərimli elan etmişdi ki, müxalifət cəbhəsindən (təşkil etdikləri blokdan) kim Milli Məclisin işinə qatılsa və mandatdan imtina etməsə bunu ümumi ideyalara xəyanət kimi qiymətləndirəcəklər və belələrinə onların sıralarında bundan sonra yer olmayacaq. Cəmil Həsənli isə həmin dövrdə AXCP sədrinin müavini idi və Kərimli ilə Partiyanın ofisində keçirdiyi 5 saatlıq görüşdən dərhal sonra mətbuata belə bir mətndə açıqlama vermişdi: “Dolanışığımı, maaşımı və tarixi araşdırmalarla məşğul olmağımı nəzərə alaraq təşkilatdan da, müavinlikdən də, aktiv siyasətdən də gedirəm. Bundan sonrakı fəaliyyətimdə mənə AXCP yox, mandat lazımdır.”

**

Ölkədə fəaliyyət göstərən Siyasi Partiyalar Vətən Müharibəsi zamanı düşmən tərəfindən Gəncədə törədilən terrora və ümumilikdə erməni vəhşiliyinə qarşı bəyanat imzalayanda sadəcə 2 anti-milli ünsür, 2 siyasi antilop həmin bəyanatın imzalanmasının əleyhinə çıxıb. Qəti şəkildə! Cəmil Həsənli və Əli Kərimli! Elə Şuşanın işğaldan azad olunması da ermənidən daha çox məhz bu vətən xaininlərinn ürəyinə sitəm çəkib. Üstəlik, elə çəkib ki, həmin məlumatı süləndiyi London küçələrində alan Cəmil Həsənli 3 sakitləşdirici dərmanı eyni anda içərək yanındakılara məlum etirafda bulunub: “Heyf!. Daha çətin bu hakimiyyəti aşırda bilək!”  

**

Cəmil Həsənli indiki deputatları varlı-karlı olmaqda, harınlıqda ittiham edərkən bir məqamı unudur: Onun mərhum övladı özünün ölümü ilə nəticələnən avto-qəzanı (dünyadan köçənlərlə işimiz olmaz, Allah rəhmət eləsin. Sadəcə atası məcbur edir ki, faktları sadalayaq!) dəyəri 110 min avro olan ən son model “Mersedes”lə törətmişdi. Və məlum qəza zamanı sürət həddi 150-170 civarında ölçülmüşdü. Şəhərin düz mərkəzində. 50-lik yolda...   

**

Bir dəfə Cəmil Həsənli mətbuat üzərindən belə bir açıqlama yaydı ki, “Prezidentin mənə verdiyi ordendən imtina edirəm.” Həmin müraciətdən dərhal sonra ona belə bir cavab ünvanladım: “Sənin o medal və ordenlərlə işin olmasın. Populizmlə də beynimizi xarab eləmə. Kişisənsə, kişi oğlusansa deputat olduğun müddətdə Prezidentin sənə bağışladığı evdən imtina elə. O evdən ki, DİN-nin düz arxasındakı küçədə yerləşir, 6 otaqlıdır və hələ qarşısını da özəlləşdirib “obyekt” eləmisən. İmtina edə bilərsənmi? Etmərsən! Əsla etmərsən. Çünki səndə o qeyrət yoxdur!

**

Cəmil Həsənli Fərhad Əliyev həbs olunarkən prodüser və poçtalyon funksiyasını yerinə yetirən, qapı-qapı gəzib pul paylayan, həmin pulun üzərindən öz faizini götürən dəllaldır! Cəmil Həsənli bir vaxtlar  Parlamentdə deputat kimi yox, məhz quzu balası kimi oturan, fəqət mandat əldən gedən kimi tələsik buynuz çıxardan buqələmundur! Cəmil Həsənli Azərbaycan siyasətinin də, tarixçiliyinin də üz qarasıdır! Cəmil Həsənli “Milli Şura” adında qondarma orkestrin çubuqsuz drijoru, radikal cəbhənin ştatlı mürdəşiridir! Cəmil Həsənli Azərbaycana qarşı işləyən və işləməyə hazır olan bütün namərdlərin, yaramazların, dələduzların, satqınların “örnək” götürə biləcəyi ən “müqəddəs” istinad nöqtəsidir!

**

İndi isə qayıdaq, “partiya buraxmaq” məsələsinə.

Birincisi: Qeydiyyatla bağlı tələb olunan üzv sayından düz 2 dəfə daha artıq siyahını dünən Ədliyyə Nazirliyinə təqdim etmişik. (Dedim sadəcə gedişatdan xəbərin olsun ki, bundan sonra ağzının şorbasını sosial şəbəkələrdə tökməyəsən, yalan informasiya yaymayasan, arzularını reallıq kimi təqdim etməyəsən.

İkincisi: Biləsən ki, fəaliyyətini dayandıran partiyaların və onların sədrlərinin hər biri sənin özündən və külli nəcabətindən daha dəyərli insanlardır. Bu milləti, bu dövləti də səndən fərqli olaraq özününkü bilirlər, içdən sevirlər və gedib ləyaqətlərini hansısa qrantla barter eləmirlər!

Üçüncüsü: “Avtobus müxalifəti” və s frazalarla təhqir elədiyin insanlar həmin avtobusla Şuşaya gediblər, sənin kimi təyyarə ilə erməni qucağına yox!  

Dördüncüsü:  Hamı siyasətdə öz liderinə, həyatda isə öz valideyninə oxşayır! Kişi oğlu kişi olur, biqeyrət oğlu (ya da qızı) biqeyrət!

Ən nəhayət: Partiya yaratmaq və partiya buraxmaq qorxulu şey deyil, bəy! Qorxulu və ayıb olan şey bilirsənmi nədir? (Ünvanlı demirəm, ümumi söyləyirəm və kim özünü bu kəlmələr içində görsə, payını da o götürsün)

Qorxulu və ayıb olan şey – şəxsi maraqlar, mənfəət,  ambisiya naminə bütün mənəvi dəyərlərin tapdanmasını gözə ala bilməkdir!

Qorxulu və ayıb olan şey -  düşmən dəyirmanına su tökmək, erməni kimi düşünmək, satqınlığı, şərəfsizliyi həyat prioritetinə çevirməkdir!

Qorxulu və ayıb olan şey –  yerə soxulmuş papağı həmin yerin dibindən sırtıqcasına götürmək, tozunu-qumunu təmizləyərək yenidən başa qoymaq və heç nə olmamış kimi ortalıqda kişi- kişi gəzməkdir!

Qorxulu və ayıb olan şey – evindən, ailəndən xəbərin yoxkən ətrafa, insanlara, millətə, xalqa “əxlaq dərsi”, “mənəviyyat seminarı” keçməkdir!

Qorxulu və ayıb olan şey –  Ahıl çağında təlxəyə çevirilməkdir!

Qorxulu və ayıb olan şey – Hər kəsin gözündə günbəgün daha da rəzilləşməkdir, mürtədləşməkdir!

 

P.S. Haqqımda bir status da yaz, ürəyimdə ilişib qalan digər şeyləri də boşaldım.

 

Elşən Musayev, Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri

-ec1c5914161866129186464877510944803.jpg (221 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR