İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə YANĞIN: elektrik enerjisinin verilişi DAYANDI

Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.

Musavat.com "Report"a istinadən məlumat verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.

Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR