Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil olunduğu Qazax rayonunun 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı danışdı.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, bu gün Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhədçilərimiz fəaliyyətə başlayıb.
Komitə rəhbəri dedi ki, bununla bağlı ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür: “Prezident İlham Əliyev dünyaya yeni düstur gətirir. Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir. Ona görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Bu gün bizim qürur günümüzdür”.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ