İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümovun məhkəməsi növbəti dəfə TƏXİRƏ DÜŞDÜ

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilir.

Mayın 15-də keçirilməsi nəzərdə tutulan prosesdə elam olunub ki, Səlim Müslümova elan olunan israf etmə epizodu üzrə ziyanın ödənilməsi ilə bağlı istintaq orqanından məlumat almaq hələ ki, mümkün olmayıb. Bu səbəbdən də proses növbəti dəfə təxirə salınıb.

Qeyd edək ki, israf etmə epizodu üzrə məhkəmə tərəfindən istintaqa sorğu göndərilib. Sorğu ilə israf etmə epizodu üzrə şirkətlərin vurduğu ziyanın hansı məbləğdə ödəniş etmələri barədə məlumat verilməsi istənilib.

Növbəti proses mayın 31-ə təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf edilmiş yolla 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR