İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin prezidenti ilə görüş keçirilib

 
 
Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin (ESC) prezidenti, Sürix Universitetinin (İsveçrə) Molekulyar Kardiologiya Mərkəzinin direktoru Tomas F.Lüşerlə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışıb. Nazir vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində tibbin bütün sahələrində, o cümlədən kardiologiyada mühüm nəticələrin əldə olunmasının əsası qoyulub: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var”.
Teymur Musayev çıxışında ürək-damar xəstəlikləri ilə qlobal mübarizənin təşviqi üçün vacib olan kardiologiyanın bütün spektrlərini əhatə edən ESC-nin fəaliyyətini yüksək qiymətləndirib. Nazir Avropa Kardioloqlar Cəmiyyətinin ürək-damar mütəxəssislərinin peşəkarlığını da qeyd edib: “Bu unikal şəbəkə bizə ürək-damar xəstəliklərinin təsirinin azaldılması istiqamətində geniş imkanlar yaradır”.

Four people sitting at a conference table with documents and water bottles.

Səmimi qəbula görə minnətdarlığını bildirən ESC prezidenti belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb. Tomas F.Lüşer Avropa Kardioloqlar Cəmiyyətinin fəaliyyəti haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, ESC Avropanın 57, o cümlədən Azərbaycanın milli kardioloji cəmiyyətini özündə birləşdirir.
Bakıda keçirilən III Ürək çatışmazlığı yeniliklər konqresinin əhəmiyyətini vurğulayan Tomas F.Lüşer qeyd edib ki, Azərbaycanda səhiyyənin müxtəlif sahələrinin, o cümlədən kardiologiyanın aktual problemlərinə həsr olunan beynəlxalq konqreslər hər zaman yüksək səviyyədə təşkil olunub.
Görüşdə Avropa Kardioloqlar Cəmiyyətinin Azərbaycan Səhiyyə Nazirliyi ilə kardiologiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.
Qeyd edək ki, dünyanın ən çox istinad edilən alimlərindən biri olan professor Tomas F.Lüşer ürək-damar təbabətinə dair 500-dən çox elmi məqalə, 200-dən çox resenziya və kitab fəsillərinin müəllifidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR