İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Şəhriyar Əlibəyli dəfn olunur - FOTOLAR

Şəhid Şəhriyar Əlibəylinin cənazəsi İkinci Şəhidlər xiyabanına gətirilib. 

Musavat.com-un hazırda İkinci Fəxri Xiyabanda olan əməkdaşının verdiyi məlumata görə, şəhidimizin cənazə namazı qılınıb, dəfn olunub. 

Allah rəhmət eləsin.

***

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.

Musavat.com xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR